Yol-hərəkəti qaydalarının pozulması haqqında məlumatların vətəndaşlara avtomatik göndərilməsi

 
Bu innovativ konsepsiyanın əsasında “Elektron hökumət” layihəsi çərçivəsində vətəndaşlara elektron xidmətlərin göstərilməsi prinsipi dayanır. Məqsəd ondan ibarətdir ki, bu xidmətin istifadəçiləri, sistemdə əvvəlcədən qeydiyyatdan keçmək şərti ilə nəinki vaxtında, hətta interaktiv şəkildə etdikləri yol-hərəkəti qaydalarını pozduqları haqqında məlumatları əldə edəcəklər, yəni qabaqcadan sistemdə qeydiyyatdan keçmiş istifadəçinin şəxsi kabinetində, cərimə barədə elektron formada tam məlumat yerləşdiriləcək, yəni - hadisə yerinin foto və video məlumatları və bununla bağlı qətimkan tədbiri. Bundan əlavə vaxtında xəbərdar etmə və cərimələrin çevik ödənilməsi məqsədilə vətəndaşın elektron poçt ünvanına məktub və mobil telefonuna SMS məlumatın göndərilməsi də nəzərdə tutulmuşdur. Bu layihə çərçivəsində cərimələrin ödənilməsi prosesini maksimal dərəcədə sadələşdirmək nəzərdə tutulur. Beləliklə vətandaşlar cərimələri kredit və bank kartlarının, sistemin özünə inteqrasiya edilmiş online ödəmə sistemləri, ödəniş terminalları və SMS ilə ödəmə imkamlarını əldə edəcəklər.